Günün qoroskopu: Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin


Digərləri 18 Fev 2019 00:01:00 201 0

Günün qoroskopu: Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Heç olmasa, bu gün inadkar, tərs olmayın. Çevik, kompromisslərə meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və həmkarlarla olan çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə olarsa, çalışma ritminin artdığını, mühitin yaxşılaşdığını hiss edəcəksiniz.

İkiqat aktivliklə çalışın.

Yeni nə isə istəyirsinizsə, imicinizlə eksperimentlər edə bilərsiniz. İdmanla məşğul olmaq effektiv nəticə verəcək. Yaşam enerjiniz çoxdur, yorulmayacaqsınız.

Buğa - Yaşam və fəaliyyət arealında yenilənmələr aparmaq üçün əlverişli zamandır. Alış-veriş etmək olar. Bəyəndiyiniz əşyanı və ya məhsulu almaq üçün pul xərcləməkdən çəkinməyin. Səfər və ya səyahətə hazırlaşmaq, planlaşdırmaq, təşkilati məsələləri həll etmək olar.

Bu gün səfərə yollansanız, sizi yeni tanışlıqlar gözləyəcək.

Yenilikləri həvəslə əxz edin. Tətbiqi yaradıcılıqda qüvvənizi sınayın.

Axşam saatlarında yaxşı istirahət edin.

Əkizlər - Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə sürprizlər yaşana bilər. Yaşananlara ilk əvvəl təəccüblənəcəksiniz. Lakin sonradan hadisələr sizə rutin təsir bağışlayacaq. Arzuladığınız təklifi alanda belə, sevinə bilməyəcəksiniz.

Maraqlı tanışlıq, romantik münasibətlərin başlanması ola bilər.

Qida rasionuna diqqət yetirin. Tamahkarlıq etməyin, artıq yeməyin. Faydalı olmayan ərzaq və təamları rasiona daxil etməyin.

Axşam saatları gəzinti və ya dostlarla görüş üçün əla zamandır.

Xərçəng - indiyədək həllolunmaz, müşkül sayılan məsələləri asanlıqla çözə bilərsiniz. Darıxdığınız insanla qəfil görüş baş tuta bilər. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, amma sonradan təmasları kəsdiyiniz insanla görüş olacaq. Əlaqələrin bərpasının gərəkli olub-olmadığını düşünün.

Yaşlı qohumlarla ünsiyyətdə səbirli, soyuqqanlı olun. Bu gün onlarla dil tapmaq asan deyil. Məişət qayğıları və ya maliyyə məsələləri fikir ayrılıqları ilə ixtilaf yarada bilər.

Şir - Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş hisslər yaratmaq üçün əlverişli zamandır. Təbii, səmimi olun. Olduğundan artıq görünməyə çalışmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlər harmonik olacaq. Rəqiblər sizinlə aşkar qarşıdurmaya cürət etmirlər.

Maliyyə baxımından uğurlu gündür. Gəlirlər gözləniləndən də artıq ola bilər. Hədiyyə istisna deyil. İşlərdən birinin nəticəsi sevindirəcək. Yaradıcılıq prosesinin özü nikbin hisslər yaradır.

Qız - Bir gün üçün anlaşılmazlıqlar və çətinliklərin sayı ifrata çatacaq. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək. Problemləri həll edən zaman əzmkar olun. Müttəfiqlərin yardımlarına arxalanaraq rəqibləri üstələyin.