İspaniyada 6 min illik tarixi olan it qəbiristanlığı aşkarlanıb


Dünya 17 Fev 2019 23:52:00 218 0

İspaniyada 6 min illik tarixi olan it qəbiristanlığı aşkarlanıb

Barselona Universitetinin alimləri İspaniyanın şimal-şərqində kütləvi it qəbiristanlığı aşkarlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qəbiristanlığın yaşının 6 min ildən çox olduğu bildirilib. Əsas versiyaya görə, itlər qurban kəsilərək sahiblərinin yaxınlığında basdırılıb. Alimlər itlərin dəfn olunan insanlarla eyni qidadan istifadə etdiklərini aşkarladıqdan sonra bu qənaətə gəliblər. Bundan başqa, itlərin hamısının 1-18 aylıq olması onların dini ayinlər zamanı qurban kəsilmələri ehtimalını gücləndirir.