Quranın Allah sözü olmasının sübutları


Digərləri 17 Fev 2019 23:55:00 337 0

Quranın Allah sözü olmasının sübutları

Qurandakı elmi faktlar İyirminci əsrdə müasir elm və texnologiyanın inkişafı sayəsində kəşf edilmiş bəzi elmi faktlar Quranda 14 əsr bundan qabaq xəbər verilmişdir. Onlardan bəziləri: "Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (əl-Muminun, 13-14) İnsanın ana bətnində inkişaf mərhələlərini təsvir edən bu ardıcıllıq yalnız son illərdə müasir elm və texnologiya sayəsində kəşf edilmiş ardıcıllıqla heyranedici dərəcədə üst-üstə düşür. "Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik" (Zariyat, 47) Son.az zikr.az-a istinadən bildirir ki, Quranda bir çox yerlərdə "göy" sözü kosmos, kainat mənasında işlənir. 20-ci əsrdə alimlər nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların bir-birindən sürətlə uzaqlaşdıqlarını kəşf etdilər. Bu kəşf astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. "Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür" (Ya Sin, 38) Astronomiya elmi yeni inkişaf edən dövrlərdə insanlar düşünürdülər ki, günəş bir yerdə dayanıb, yer və digər planetlər isə onun ətrafına fırlanır. Lakin sonradan kəşf edildi ki, günəş onun ətrafındakı planetlərlə birlikdə saatda 720000 km böyük sürətlə hərəkət edir. "Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz dairəsində üzüb gedir." (Ya Sin, 40) Bu ayədə günəş və ayın dairəvi orbit üzrə hərəkət etməsi deyilir. "İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar" (Rəhman, 19-20) Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə "səth daralması" adlı fiziki qüvvə səbəbilə qarışmır.

Təbii ki, elmin inkişaf etmədiyi bir dövrdə bu xəbərləri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) özbaşına verməsi qeyri-mümkün idi. Bu və digər ayələr bir çox elm adamlarının İslamı qəbul etməsinə səbəb olmuşdur.

Quranda keçmiş və gələcək haqqında xəbərlər "Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Dünyanın ən aşağı yerində. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər". (Rum surəsi, 1-4) Bu ayə nazil olandan bir neçə il əvvəl Bizans imperiyası (rumlular) bütpərəst Sasani imperiyası (İran) tərəfindən ağır məğlubiyyətə uğradılmışdı və bir çoxları hətta imperiyanın dağılacağını güman edirdi. Bu səbəbdən ayə nazil olarkən müşriklər buna inanmadılar. Lakin bir neçə ilin içərisində Rumlular güclərini toplayaraq Sasaniləri yenidən məğlub etdilər. Ayədə diqqət çəkən digər məqam isə "dünyanın ən aşağı yeri" kəliməsidir. Müasir elm təsdiq edir ki, döyüşün baş verdiyi Ölü dənizin sahilləri həqiqətən dünyanın dəniz səviyyəsindən ən aşağı yeridir (dəniz səviyyəsindən 417 m aşağı)

Quranda həmçinin keçmişdə baş vermiş və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə məlum olmayan, yalnız müasir arxeoloji qazıntılar sayəsində tapılmış bir çox tarixi faktlar barəsində məlumat verilmişdir.