Şəkidə çoxmənzilli 28 binanın dam örtüyü təmir olunacaq


Digərləri 17 Fev 2019 23:57:00 299 0

Şəkidə çoxmənzilli 28 binanın dam örtüyü təmir olunacaq

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 4 fevral tarixli Sərəncamının icrası istiqamətində Şəkidə çoxmənzilli 28 binanın dam örtüyünün təmiri nəzərdə tutulur. Üç, dörd və beş mərtəbədən ibarət binaların dam örtüklərinin ümumi sahəsi 42 min 119 kvadratmetrdir. Təmir işlərinə 2 milyon 483 min manat vəsait sərf olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Şəki Şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Taleh Alxasov məlumat verib.