Bir şəklin tarixçəsi “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...


Digərləri 17 Fev 2019 23:42:00 237 0

Bir şəklin tarixçəsi “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...

Bir şəklin tarixçəsi- "Yeddi oğul"dan kimlər getdi, kimlər qaldı...

Xalq şairi Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında ekranlaşdırılan "7 oğul istərəm" filmi... İnqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan 20-ci illərin komsomolçuları haqqında romantik hekayə...

Ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissor Tofiq Tağızadə olan və "Azərbaycanfilm" kinostuidyasının ozamankı direktoru Adil İskəndərovun rəhbərliyilə çəkilən film 1969-cu ildə lentə alınıb.

Son.az modern.az-a istinadən bildirir ki, "7 oğul istərəm" filminə çox istedadlı aktyorlar cəlb olunmuşdu...

"7 oğul"u canlandıran aktyorlar isə bunlar idi: Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Mirpaşa (Elçin Məmmədov), Cəlal (Ənvər Həsənov), Şahsuvar (Rafiq Əzimov), Qasım (Əbdül Mahmudov).

Möhtəşəm aktyor ansamblı və tam peşəkar yaradıcı heyət bu filmin uğurlu alınmasında əsas amillərdən biridir. Mükəmməl operator işi, musiqi, geyim - bütün bunlar filmin sevilməsində, bu gün də maraqla izlənməsində mühüm rol oynayıb. Uzun illər keçməsinə baxmayaraq, filmdə işlənən "Hamam, hamam içində" ifadəsi aforizmə çevrilib, dillər əzbəri olub.

Yeddi oğul filmdə olduğu kimi, həyatda da bir-birinə yaxın dostluq münasibətində olublar.

İndi onlardan 3-ü həyatdadır - Ənvər Həsənov, Əbdül Mahmudov və Rafiq Əzimov... Həsən Məmmədov, Ələsgər İbrahimov, Şahmar Ələkbərov və Elçin Məmmədov haqq dünyasındadırlar.