QuraniKərimdə Allah dostlarının xüsusiyyətləri


Digərləri 17 Fev 2019 23:45:00 227 0

QuraniKərimdə Allah dostlarının xüsusiyyətləri

1. İman və təqva sahibidirlər:

أَلا إِنَّ أَوْلِيَاء اللّهِ لاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ. الَّذِينَ آمَنُواْ وَكَانُواْ يَتَّقُونَ

"Agah olun ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəmlənməzlər. O kəslər ki, iman gətirmişlər və təqvalıdırlar." ("Yunus" surəsi, ayə 62-63.)

2. Olümdən qorxmazlar:

قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاء لِلَّهِ مِن دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ

"(Ya Peyğəmbər!) De: "Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa, (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız)."" ("Cümə" surəsi, ayə 6.)

3. Maddiyyata bağlanmazlar:

لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ...

"Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür..." ("Hədid" surəsi, ayə 23.)

4. İlahi ayələr tilavət olunanda ağlayar və səcdəyə gedərlər:

Allah-Taala Qurani-Kərimdə bəzi peyğəmbərlərin adlarını çəkdidkə, belə buyurur:

...إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

"...Rəhman Allahın ayələri onlara oxunan zaman ağlayaraq səcdəyə gedirdilər." ("Məryəm" surəsi, ayə 3.)