Yuxusuzluqdan əziyyət çəkənlər


Digərləri 17 Fev 2019 23:47:00 226 0

Yuxusuzluqdan əziyyət çəkənlər

Statistik məlumatlar göstərir ki, dünyada təxminən hər 5-ci insan bu və ya digər yuxu pozulmalarından əziyyət çəkir. Mütəxəssislər bunu çox ciddi problem hesab edir. Yuxu pozulmaları insan sağlamlığına çox mənfi təsir edir. Xüsusilə yuxusuzluq ürək və beyinə ciddi ziyan vurur.

Son.az axşam.az-a istinadən yuxusuzluqdan əziyyət çəkənlərə bəzi tövsiyyələr verir:

1. Yatmazdan əvvəl mütləq 30-40 dəqiqə açıq havada gəzin. Bu yuxuya getməyə kömək edəcək. 2. Qaranlıqda yatın. Gecə lampası, pencərədən düşən işıq yuxunun keyfiyyətinə mənfi təsir edir.

3. Yatmazdan əvvəl çay, qəhvə, koka-kola kimi kofeinlə zəngin olan içkiləri qəbul etməyin.

4. Çobanyastığı, nanə, pişikotu, melissa kimi otların dəmləmələri yuxu problemləri olanlara yaxşı kömək edir.