Bu qan qrupu olan qadınlar


Digərləri 17 Fev 2019 23:35:00 235 0

Bu qan qrupu olan qadınlar

Amerika alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, 1-ci qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə yumurtalıqlarda yumurta hüceyrələrinin  sayı daha azdır və onların "keyfiyyəti" daha aşağıdır.

Son.az saglamheyat.com-a istinadən bildirir ki, kişilərdən fərqli olaraq qadın orqanizmində cinsi hüceyrələr "istehsal olunmur". Qız dünyaya gələndə cinsi hüceyrələr onun yumurtalıqlarında artıq olur. Buna "ovarial rezerv" deyilir (ovum - latın dilində "yumurta" deməkdir). Daha sonra yeni cinsi hüceyrələr qadın orqanizmində əmələ gəlmir.

Yetkinlik yaşlara çatdıqda "yatılı" vəziyətdə olan cinsi hüceyrələrin inkişafı prosesi başlayır.