Rüstəm İbrahimbəyovun qəfil dönüşünə belə reaksiya oldu...


Siyasət 17 Fev 2019 23:36:00 259 0

Rüstəm İbrahimbəyovun qəfil dönüşünə belə reaksiya oldu...

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Bakıya qəfil dönüşü cəmiyyətdə böyük reaksiya yaradıb.

Bazar günü olsa da, sosial şəbəkələrdə bu sensasional hadisəyə çoxsaylı münasibətlər yer alıb. Onlardan biri də tanınmış jurnalist Azər Həsrətə məxsusdu.

Son.az musavat.com-a istinadən həmin münasibəti oxucularına təqdim edir: "Bacarmadıqları işə girişirlər, heç dəxli olmadan günün birində siyasətçi olmaq iddiasına düşürlər, bütün karyeraları alt-üst olur. Sonda yenə də gəlib Prezident İlham Əliyevin lütfünə sığınırlar. O da qisasçı olmadığına, böyük dövlət adamı özəlliyinə sahib olduğuna görə bunlara lütf edir. Rüstəm İbrahimbəyov da bu lütfdən kənarda qalmadı. Həm də Milli Şurasını da bir qələmlə silib atdı. Vaxt vardı bizi bu adama görə təhqir edirdilər. Haydı, səsiniz gəlsin..."