İnsani cəhənnəmlik edən nədir?...


Digərləri 17 Fev 2019 23:15:00 216 0

İnsani cəhənnəmlik edən nədir?...

İslam dinində yoxsullara qayğı və yardım məsələsinə böyük əhəmiyyət verilir və bunun müqabilində cəmiyyətin yoxsul təbəqəsinə etinasız yanaşan və yardım əlini uzatmayanlar qiyamət gününün əzabı ilə qorxudulurlar. Əlbəttə, aydın məsələdir ki, məhz xalis niyyətl birgə olan və ilahi rəngə boyanan yardıma savab verilir. Lakin biz burada bu haqda yox, "yoxsulları unudan və onlara qayğı göstərməyən"lərin axirətdəki vəziyyəti ilə bağlı söz açmaq istəyirik.

Qurani-Kərimin "Muddəssir" surəsinin 42-47-ci ayələrində cəhənnəm əhlinin cəhənnəmə düşməsinin dörd səbəbindən söz açılır və buyurulur:

مَا سَلَكَكُمْ فِي سَقَرَ. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ. وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ. وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ. حَتَّى أَتَانَا الْيَقِينُ

"Sizi "səqərə" (cəhənnəmə) salan nədir?" Onlar deyərlər: "Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq. Cəza (qiyamət) gününü təkzib edərdik. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)."

Bəli, yoxsulları unudan və onlara təam verməyənlər axirətdə cəhənnəm əzabına düçar olacaqlar.

Son.az maide.az-a istinadən bildirir ki, Qarun həzrət Musanın (ə) qövmündən idi və sərvət sahibi olmasına baxmayaraq, yoxsullara əsla yardım etmirdi. Bir gün qövmü ona dedi:

...لَا تَفْرَحْ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ. وَ ابْتَغِ فِيمَا ءَاتَئكَ اللَّهُ الدَّارَ الاَخِرَةَ وَ لَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَ أَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَ لَا تَبْغِ الْفَسَادَ فىِ الْأَرْضِ إِنَّ اللَّهَ لَا يحُبُّ الْمُفْسِدِينَ

"(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" ("Qəsəs" surəsi, ayə 76-77.)

Amma Qarun dikbaşlıq edərək, qövmünün nəsihətlərini qulaqardına vurdu və nəhayət, yer onu bütün var-dövləti ilə birlikdə özünə çəkdi. Axirət aləmində də, həmişəlik əzab içində olacağı bəllidir.

Rəvayətlərdə də uyğun məsələyə xüsusi yer ayrılmışdır. İmam Sadiq (ə) yoxsullara yardım etməyən imkanlılar haqda belə buyurur: