Cəhənnəmdə əbədi qalan 8 zümrə


Digərləri 17 Fev 2019 22:45:00 244 0

Cəhənnəmdə əbədi qalan 8 zümrə

Müsəlman şəxs günahları qədər cəhənnəmdə qaldıqdan sonra, nəhayət, bir gün behiştə yollanacaq. Amma səkkiz zümrə istisnadır və Behişt əhli Behiştdə əbədi qalacağı kimi, onlar da Cəhənnəmdə əbədi qalacaqlar. Həmin zümrə aşağıdakılardır:

1. Kafirlər:

وَالَّذِينَ كَفَرواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُولَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

"Kafir olan və Bizim nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və onlar orada əbədi qalacaqlar." ("Bəqərə" surəsi, ayə 39.)

2. Münafiqlər:

وَعَدَ الله الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللّهُ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ

"Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır." ("Tövbə" surəsi, ayə 68.)

(Dildə Allaha iman gətirən, qəlbən isə şeytanla bir olan, möminləri istehza edən, insanların yaxşı işlərinə maneçilik törədən və onları pisliklərə dəvət edən kəs münafiq adlanır.)

3. Qatillər:

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

"Kim bir mömini qəsdən öldürsə, onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar." ("Nisa" surəsi, ayə 93.)

4. Zinakarlar:

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا. يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا

"O kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza tədbiri və s. kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) cəza ilə qarşılaşar. Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişəlik həmin əzabda qalar." ("Furqan" surəsi, ayə 68-69.)

5. Mürtədlər: