Milçəkdən də səviyyəsiz məbudlar


Digərləri 17 Fev 2019 22:10:00 220 0

Milçəkdən də səviyyəsiz məbudlar

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 26-cı ayəsində buyurur:

إِنَّ اللَّهَ لَا یسْتَحْیی أَنْ یضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِینَ آمَنُوا فَیعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَأَمَّا الَّذِینَ كَفَرُوا فَیقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا یضِلُّ بِهِ كَثِیرًا وَیهْدِی بِهِ كَثِیرًا وَمَا یضِلُّ بِهِ إِلَّا الْفَاسِقِینَ

"Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən xəcalət çəkməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər və kafirlər isə "Allah bu məsəllə nə demək istəyir?" - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir."

Ayənin təfsiri

Son.az maide.az-a istinadən bildirir ki, bu məsəldə beş incəlik diqqəti cəlb edir:

1. Allahla bağlı "həya" və "xəcalət"in mənası

Bu mübarək ayədə Allah-Taala "la yəstəhyi" (xəcalət çəkməz) ibarəsi ilə vəsf edilir: "Allah ağcaqanadı və ya ondan böyüyünü misal gətirməkdən xəcalət çəkməz." Buna Allahın razılığı və ya qəzəblənməsi kimi halları misal göstərmək olar. Məsələn:

لَقَدْ رَضِی اللَّهُ عَنِ الْمُؤْمِنِینَ إِذْ یبَایعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِی قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِینَةَ عَلَیهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِیبًا

"(Ya Peyğəmbər!) Həqiqətən, ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı qaldı." ("Fəth" surəsi, ayə 18.)

...غَضِبَ اللَّهُ عَلَیهِمْ...

"Allah onlara (yəhudilərə) qəzəbləndi." ("Mücadələ" surəsi, ayə 14.)

Bunların cavabı qısa bir ibarədən artıq deyil və o da budur ki, belə hallarda yalnız deyilənlərə əsasən nəticə çıxarmaq lazımdır. Hər hansı amildən təsirlənərək xəcalət səkib-çəkməmək insanlara xas bir haldır və Allahın müqəddəs zatı heç vaxt təsir altına düşməz. Başqa sözlə, maddi aləmdən yüksək olan həqiqət və maarif (Allahın ad və sifətləri) bəşərin qavradığı tərzdə deyildikdə, belə hala düşür və bu da onun dil və ədəbiyyatına uyğunluğu üçündür. Əgər insanın ilahi maariflə mütənasib tanışlığı mümkün olsaydı, belə ifadələrə ehtiyac duyulmazdı. Odur ki, insanların dili ilə danışmaq təbii bir tələbdir və bütün peyğəmbərlər də göndərildiyi qövmlərin dilində danışmışlar. ("İbrahim" surəsi, ayə 4.)

Bir sözlə, Allah-Taalanın bir nəfər, yaxud bir zümrədən razılığı mükafat, qəzəbi isə əzabı bildirir. Allah-Taala ilə bağlı "həya" və "xəcalət"də də məqsəd haqq sözü deməkdən çəkinməməyini göstərir. Məsələn:

...إِنَّ ذَلِكُمْ كَانَ یؤْذِی النَّبِی فَیسْتَحْیی مِنْكُمْ وَاللَّهُ لَا یسْتَحْیی مِنَ الْحَقِّ...

"...Bu (sizin Peyğəmbərin evində çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanır. Lakin Allah doğru sözdən xəcalət çəkməz (çəkinməz)..." ("Əhzab" surəsi, ayə 53.)

2. "Bəuzə" nədir?

Ərəblər kiçik ağcaqanada "bəuzə" və onun böyük növünə "bəqq" deyirlər. Ağcaqanadın zəif həşərat kimi ömrü azdır və ondan söz düşdükdə, təhqir və səviyyəsizliyi yetirir.

3. Ayənin nazilolma səbəbi

Qurani-Kərimin bir sıra ayələrində müşriklərin tanrılarının təhqiri və əməllərinin bihudəliyi ilə bağlı tutarlı məsəllər çəkilir. Bəzən, onların qondarma tanrılarının zəifliyi barədə belə buyurulur:

...یا أَیهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِینَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ یخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِنْ یسْلُبْهُمُ الذُّبَابُ شَیئًا لَا یسْتَنْقِذُوهُ مِنْهُ...

"...Şübhəsiz, Allahdan qeyri ibadət etdiyiniz bütlər bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu geri ala bilməzlər..." ("Həcc" surəsi, ayə 73.)

Başqa bir ayədə müşriklərin özləri hörümçəyə, tanrıları isə onun yuvasına bənzədilir: