La Liqa: “Real Madrid” öz meydanında məğlub olub (VİDEO)


Digərləri 17 Fev 2019 21:58:00 231 0

La Liqa: “Real Madrid” öz meydanında məğlub olub (VİDEO)

İspaniya La Liqasının 24-cü turunda gözlənilməz nəticə qeydə alınıb.

Bakı. Tural Turan - İspaniya La Liqasının 24-cü turunda gözlənilməz nəticə qeydə alınıb. Trend-in məlumatına görə, La Liqada son 5 matçda qalib gələn “Real” bu turda öz meydanında gözlənilmədən məğlub olub. “Jirona” səfərdə 2:1 hesabı ilə “Real Madrid”i məğlub edib. Qolları Kazemiro (25-ci dəq.), Stuani (65-ci dəq.) və Portu (75-ci dəq.) vurub.