Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb


Digərləri 17 Fev 2019 21:37:00 222 0

Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 əcnəbinin girişinə qadağa qoyulub.

Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. Siyahıda ikinci yerdə isə Hindistan vətəndaşlarıdır. Ötən ay bu ölkənin 366 vətəndaşı Gürcüstana daxil ola bilməyib.

Hesabata əsasən yanvarda Türkiyənin 116, Türkmənistanın isə 72 vətəndaşı Gürcüstana buraxılmayıb.