Azərbaycanda bu vulkanın püskürəcəyi gözlənilir


Digərləri 17 Fev 2019 20:51:00 221 0

Azərbaycanda bu vulkanın püskürəcəyi gözlənilir

Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər. Bu barədə "XəzərXəbər"ə geologiya və geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib. Vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaranabilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalınıartıb.Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev xəzər xəbərə açıqlamasındabu məlumatı təsdiqləyib.

Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb.

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər.