Güclü külək qərb bölgəsində fəsadlar törətdi


Digərləri 17 Fev 2019 20:53:00 197 0

Güclü külək qərb bölgəsində fəsadlar törətdi

Qərb bölgəsində müşahidə olunan güclü külək Tovuzda bir sıra fəsadlara yol açıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayonun əksər yerlərində elektrik enerjisinin təminatı təhlükəsizik məqsədi ilə fasilələrlə dayandırılıb. Külək ağacları qırıb. Rayonun Qaziqulu kəndi ərazisində ağaclar qırılaraq evlərin həyətinə, avtomobillərin üzərinə düşüb.

Dərhal əraziyə aidiyyatı qurumların nümayəndələri cəlb edilib. Yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülüb.