Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək


Dünya 17 Fev 2019 20:44:00 230 0

Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin apreldə yenidən görüş keçirəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin müşaviri Yuri Uşakov deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan aprel ayında Moskvaya səfər etməyi planlaşdırır. Uşakov deyib ki, Ərdoğanın Moskvaya səfəri aprelin ilk hissəsində gözlənilir.