İraqda ABŞa qarşı silahlı üsyan baş verə bilər


Digərləri 17 Fev 2019 20:35:00 340 0

İraqda ABŞa qarşı silahlı üsyan baş verə bilər

ABŞ prezidenti Donald Tramp bazar günü Amerikanın CBS kanalına müsahibəsində İraqdakı "Aynul Əsəd" bazasına çox pul xərclədiklərini bildirərək, "İraqdakı bazanı saxlamaq istəməyimin səbəblərindən biri, İranı bir qədər izləmək istəyimdir, çünki İran bir problemdir", - demişdi. Trampın bu açıqlamaları Vaşinqton rəhbərliyinin 2011-ci ilin sonunda çıxdığı İraqda hərbi varlığını yenidən artırmaq istədiyi iddialarını gücləndirdi.

Trampın bu sözləri isə İraqda ciddi narazılıqlara səbəb olub.

Son.az faktxeber.com-a istinadən bildirir ki,  İraq məclisində şiə qruplarla Muqtəda Sədrə bağlı Saiurun Koalisiyası ABŞ və İraq arasındakı təhlükəsizlik müqaviləsinin başa çatması və ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün qərar qəbul etməyə çalışır. Məclisdə mart ayında başlayacaq müzakirələrdə bu məsələnin əsas maddələr arasında olacağı bildirilir.

Şiə qruplardan ABŞ-a etiraz

Baş verənlərin fonunda son günlər Həşdi-Şabi gücündən də ABŞ-ın İraqdakı hərbi varlığı ilə bağlı açıqlamalar səsləndirilir.

Həşdi-Şabi rəhbərlərindən və məclisdəki "Bina" koalisiyası lideri Hadi əl-Amiri ABŞ-ın İraqdakı hərbi varlığını "təhdid" kimi qiymətləndirib.

O, İraq torpaqlarından başqa ölkəyə hücum məqsədi ilə istifadəyə icazə verməyəcəklərini bildirərək, "İraq, Səudiyyə Ərəbistanı da daxil olmaqla heç bir ölkəyə qarşı hücum yeri ola bilməz. Konstitusiya xarici hərbi varlığı rədd edir", - deyə bildirib.

Məclisin digər böyük qrupu Reform və İmar Koalisiyasının lideri Əmmar əl-Həkim də İranı müdafiə edərək, "torpaqlarımızın qonşu ölkələrdən intiqam alınması üçün istifadə niyyəti milli maraq və təhlükəsizliyimizi hədəf almaqdır", söyləyib.

Əsayib Əhlilhaq Hərəkatının lidei Qeys əl-Hazəli də ABŞ əsgərlərinə qarşı mübarizəyə hazır olduqlarını deyib. Hazəli yerli mediaya açıqlamasında, "ABŞ əsgərlərini qaranlıq bir gecədə ölkəmizdən çıxara bilərik", - deyə bildirib.

Ayətullah Seyid Əli Sistani də Trampın açıqlamalarına qarşı, "başqa ölkələrə zərər vermək nöqtəsi olmağı qəbul etmərik", söyləyib.

Silahlı mübarizə və xalq üsyanı xəbərdarlığı

Trampın sözlərinin etiraza səbəb olduğu İraqda Həşdi-Şabi güclərinin yaxın vaxtlarda ABŞ əsgərləri ilə silahlı qarşıdurmaya başlayacağı narahatçılığı var.

İraqın təhlükəsizlik mütəxəssisləri də ABŞ-ın ölkədəki varlığına qarşı xalq üsyanı və silahlı qarşıdurma xəbərdarlığı səsləndirirlər.

Təhlükəsizlik və terror mütəxəssisi Dr.Əmir əs-Saadi, "İraq baş naziri Adil Əbdülmehdinin ABŞ qüvvələrini ölkədən çıxarması üçün qanun imzalamasına ehtiyac yoxdur. İki ölkə arasında uzunmüddətli təhlükəsizlik müqaviləsi var. ABŞ-ın İraqdakı hərbi varlığı da bu müqaviləyə əsaslanır. Əbdülmehdi ABŞ rəhbərliyi ilə imzalanmış bu müqaviləni rədd edə bilər," - deyə bildirib.