Vətənsiz qalan azərbaycanlı qardaşlar kömək istəyirlər FOTO


Digərləri 17 Fev 2019 20:24:00 229 0

Vətənsiz qalan azərbaycanlı qardaşlar kömək istəyirlər  FOTO

Türkiyənin Bursa şəhərində yaşayan iki azərbaycanlı qardaş -  21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov vətəndaşlıq pasportu ala bilmədikləri üçün böyük problemlər yaşayırlar.  

Son.az oxu.az-a istinadən bildirir ki, 12 il öncə Türkiyə vətəndaşı ilə ailə quran anaları ilə birgə bu ölkəyə gələn qardaşlar, şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün nə Azərbaycana gələ bilirlər, nə də tam huquqlu Türkiyə vətəndaşı ola bilirlər.

Qardaşlar Türkiyədə hərbi xidmətə getmək, ailə qurmaq istəsələr də, problemlərinin həllini tapa bilmirlər.


Xəbərə aid fotolar