Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı


Dünya 17 Fev 2019 20:27:00 177 0

Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı

Azərbaycan və Çeçenistan vətəndaşları arasında Moskvadakı "Neolit" kafesində fevralın 14-də baş verən kütləvi dava işi üzrə məşhur islam bloqeri Əlibəy Mirzəxanov saxlanılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onun İnstaqram səhifəsinin 100 mindən çox abunəçisi var.

Ə.Mirzəxanovun qardaşı bildirib ki, təxminən 20 polis əməkdaşı Əlibəyin yaşadığı mənzilə girib və onu yerə uzadaraq döyüblər. Onlar mənzili axtarıb, bütün avadanlıqları ələ keçiriblər, sonra isə tutulan şəxsləri naməlum istiqamətə aparıblar.

Mirzəxanovun qohumlarına verilən qərarda bildirilib ki, o, "bir qrup şəxs tərəfindən qabaqcadan hazırlanmış fitnə-fəsadda" şübhəli bilinir. Saxlanılanın yaxınları iddia edirlər ki, Əlibəy "Neolit" kafesindəki davada iştirak etməyib, onlar onunla bağlı axtarışın əsaslandırıldığı səbəbi "uydurma və formal" adlandırıblar.