İran istehsal etdiyi sualtı gəmini təqdim edib


Digərləri 17 Fev 2019 19:38:27 147 0

İran istehsal etdiyi sualtı gəmini təqdim edib

İran Prezidenti Həsən Ruhani bu gün təntənəli şəkildə ölkəsinin istehsal etdiyi yeni "Fateh" sualtı gəmisini təqdim edib.

Bakı. İran Prezidenti Həsən Ruhani bu gün təntənəli şəkildə ölkəsinin istehsal etdiyi yeni "Fateh" sualtı gəmisini təqdim edib. Trend-in məlumatına görə, gəmi qanadlı raketlərlə təchiz edilib. Gəminin çəkisi 600 tondur, o, ən müasir silahla təchiz olunub (torpedalar, dəniz minaları və qanadlı raketlər)