“Həmişə istədiyim hər şeyə nail oldum”


Digərləri 17 Fev 2019 19:25:00 223 0

“Həmişə istədiyim hər şeyə nail oldum”

Bir əsrdən çoxdur ki, elm və sülh sahəslərində dünyanın ən prestijli təltifi sayılan Nobel mükafatının formalaşmasında Bakı neftindən qazanılan gəlirin böyük əhəmiyyəti olmuşdur. İlk təqdimatı 1901-ci ildə baş tutan mükafata Azərbaycanda doğulmuş və yaşamış alimlərdən hələlik yalnız  bir nəfər - Lev Davidoviç Landau layiq görülüb. Görkəmli alimin doğulub boya başa çatdığı Azərbaycan Respublikasında onun elmi dühası gərəyincə dəyərləndirilmişdir. Belə ki, ilk uşqalıq illərini yaşadığı evin divarında xatirə barelyefi vurulmuş, Bakı şəhərindəki küçələrdən birinə alimin adı verilmişdir. Alimin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.  Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 22-də dahi fizik, Nobel mükafatı laureatı Lev Landaunun 100 illik yubileyinin vətəni Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalamışdı. Təbii ki, sərəncamdan gələn tapşırıqlar layiqincə yerinə yetirilmiş, respublikanın elm müəssisələrində alimin yubileyi münasibətilə geniş miqyaslı tədbirlər keçirilmişdir.

Lev Landau: Pis yaşamadım

Son.az gencaile.az-a istinadən bildirir ki, XX əsrin ən görkəmli fiziklərindən sayılan Lev Landau, Fizika elminin inkişafı üçün təkcə kəşflər və yazılı əsərləri ilə deyil, həm də görkəmli fizik-alimlərin yetişdiyi Landau məkəbini yaratması ilə əvəzolunmaz xidmətlər göstərmişdir. Təsadüfi deyil ki, bakılı alimin adı elm tarixində Nils Bor, Albert Enşteyn kimi nəhənglərlə bir sırada çəkilir.51567863_2149932438654321_7098298531772891136_n

Lev Landau 1908-ci il 22 yanvar tarixində Bakının Balaxanı qəsəbəsində yaşayan yəhudi ailəsində dünyaya göz açıb. Əvvəllər Polşada yaşayan ailənin başçısı David Landau neft mütəxəssisi idi. Bakıya Rotşildlərə məxsus şirkətdə işləmək üçün gəlmişdi. Davidin həyat yoldaşı Lyubov Venyaminovna Qarkavi də savadlı xanım idi.

Ailənin ilk övladı Levin fitri istedada, fenomenal qabiliyyətə malik olması hələ uşaqlıqdan özünü biruzə vermişdi. 4 yaşında oxuyub-yazmağı bacarırdı, riyazi hesablama ilə bağlı suallara dərhal cavab tapa bilirdi. İlk təhsil aldığı Bakı gimnaziyasında təhsilini başa vuranda Levin cəmi 13 yaşı olduğu üçün onu universitetə qəbul etmirlər. Bir il Bakı İqtisadiyyat Texnukumunda təhsil alan yeniyetmə 1922-ci ildə, yəni, cəmi 14 yaşında Bakı Dövlət Universitetinə qəbul edilir. Yeniyetmənin fitri istedadını görən universitet rəhbərliyi ona paralel olaraq iki fakültədə - Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almaq imkanı yaradır. 1924-cü ildə Lev Landau həmin dövrdə ölkənin ən prestijli ali təhsil müəssisələrindən sayılan Leninqrad Universitetinin Fizika fakültəsinə göndərilır. Daha sonra Leninqrad Fizika-Texniki İnstitutun aspiranturasında təhsil alır və 1929-cu ildə, cəmi 21 yaşında ilk elmi dərəcəsini qazanır. Elə həmin ildə gənc və perspektivli alimə Avropaya getmək və dövrün görkəmli alimləri ilə görüşüb, elm mübadiləsi aparmaq  imkanı verilir. Təxminən bir il yarım müddətində bir neçə Avropa universitetlərində seminarlara qatılan alim, Albert Enştey və Nils Bor kimi dahilərlə görüşür. Landau, sonralar həmişə öznünü Borun tələbəsi hesab edir və onunla möhkəm dostluq əlaqəsi saxlayırdı. 1932-ci ildə yenidən SSRİ-yə qayıdan Dau (o özünün belə çağırılmasını istəyirdi)  və Xarkov Mexanika və Maşınmqayırma İnstutunda çalışmağa başlayır. Gənc alim burda da böyük uğurlara imza atır. Tələbəsi və dostu Yevgeni Lifşitzlə birlikdə 10 cilddən ibarət Nəzəri Fizika kursunu yazıb çap etdirir. Alimlərin yekdil rəyi belədir:

"Nə Landauya qədər, nə də ondan sonra Nəzəri fizikanı tam əhatə edən bu cür anlaşıqlı və mükəmməl kurs yazılmayıb".

51407051_296851381033159_3498893806311309312_n

Landau məktəbinin bünövrəsini qoyur. Bu məktəbə üzv sayılmaq üçün alimin hazırladığı Nəzəri minimum testindən keçmək lazım gəlirdi. SSRİ-nin hər yerindən həmin məktəbə alim axını olmasına baxmayaraq, cəmi 43 nəfər alim Nəzəri minimumun suallarına cavab verə bilmişdi. Doğrudan da məktəbdə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Gorkov, İsak Xalatnikov və Boris Yoffe kimi elm nəhəngləri yetişdilər. 1934-cü ildə heç bir müdafiə etmədən ona elmlər doktoru elmi dərəcəsi, 1935-ci ildə isə professor adı verilir, yəni cəmi 26 yaşında.

Çox mürəkkəb, bəzən dözülməz xasiyyətə malik Daunun mükəmməl izahetmə qabiliyyəti vardı. Əslində onunla üz-üzə söhbət eləmək çox çətin idi. Alim hansısa elmi mülahizəni səhv söylədiyinə görə, yaxud hansısa başqa bir səbəbdən istənilən anda istənilən adamı acılaya, təhqir eliyə bilərdi. Ancaq hər kəs onun söylədiyi mühazirəni dinləməyə can atırdı, onun istənilən elmi analizi, şərhi sanki ilahidən gəlmiş kəlamlar kimi dinlənilirdi.

Fzizkin vəzifəsi mürəkkəb məsələni sadələşdirmək, şairin vəzifəsi isə sadəni mürəkkəbləşdirməkdir (Landau)