Şəmkirli keçmiş məhkum Bakıda narkotik və silahla tutuldu


Kriminal 17 Fev 2019 18:07:00 364 0

Şəmkirli keçmiş məhkum Bakıda narkotik və silahla tutuldu

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

Son.az-ın "Sputnik Azərbaycan"a istinadən məlumatına görə, onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 5 qram olan 2 büküm narkotik vasitə heroin və çəkisi 8 qram olan bir büküm tiryək aşkar olunaraq götürülüb.

Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd "Makarov" markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.