İğdırda Xocalı soyqırımının 27ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək


Digərləri 17 Fev 2019 17:40:00 449 0

İğdırda Xocalı soyqırımının 27ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Türkiyənin İğdır vilayətində fəaliyət göstərən 70 QHT Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq bir sıra tədbirlər keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Gülbey bildirib ki, tədbirlər çərçivəsində faciəni əks etdirən fotosərgi ilə yanaşı, Xocalı şəhidlərinin xatirəsinə həsr olunan yürüş də təşkil ediləcək.