Biləsuvarda ağır qəza:


Digərləri 17 Fev 2019 17:20:00 225 0

Biləsuvarda ağır qəza:

Biləsuvar rayonunun girişində ağır avtomobil qəzası baş verib. 

Belə ki, rayonun girişində idarəetməni itirən "Mercedes" panorama markalı maşın aşdıqdan sonra yanıb. Son.az bildirir ki, hadisə şahidlərinin musavat.com-a verdikləri məlumata görə, qəza sürücünün ehtiyatsızlığı nəticəsində baş verib. Avtomobildə olan 3 nəfər çıxarılsa da, ağır yaralanıblar.  Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar Biləsuvar Rayon Xəstəxanasına aparılıb. 


Xəbərə aid fotolar