Sabirabadda bədbəxt hadisə FOTO


Digərləri 17 Fev 2019 17:13:00 206 0

Sabirabadda bədbəxt hadisə  FOTO

Bu gün günorta saatlarında Sabirabad rayonunun Muğan Gəncəli kəndində mağaza sahibi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az-ın virtualaz.org-a məlumatına görə, 38 yaşlı sahibkar Mirzəyev İlqar Əlizadə oğlu mağazasında aparılan tikinti işləri zamanı üzərinə dəmir parçası düşməsi nəticəsində dünyasını dəyişib. Bədbəxt hadisə İlqar Mirzəyevə məxsus mağaza bu yaxınlarda elektrik qısaqapanmasından yandığı üçün tikinti-bərpa işləri aparılarkən baş verib.