Müdafiə naziri İDEX 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir FOTO


Siyasət 17 Fev 2019 16:23:00 380 0

Müdafiə naziri İDEX  2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir  FOTO

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovburada keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Mill.Az xəbər verir ki, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.


Xəbərə aid fotolar