Buraxılış imtahanları başa çatıb


Digərləri 17 Fev 2019 16:17:00 265 0

Buraxılış imtahanları başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün respublikanın 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.

DİM-dən Son.az-a bildirilib ki, imtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayıb və 3 saat müddətində Fevralın 18-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənləri üzrə isə 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim edilib.

Yazılı cavab vermək tələb olunan işlər DİM və onun Regional Bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.  Hər bir yazı işi əvvəlcə "scan" olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.