Bakıda Dünya Kubokunda batut üzrə sinxron proqramların qalibləri mükafatlandırılıb (FОТО)


Digərləri 17 Fev 2019 15:44:12 258 0

Bakıda Dünya Kubokunda batut üzrə sinxron proqramların qalibləri mükafatlandırılıb (FОТО)

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə sinxron proqramların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə sinxron proqramların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, qadınlar arasında birinci yeri Belarus, ikinci yeri Avstraliya, üçüncü yeri isə Braziliya cütlükləri tutub. Kişilər arasında qızıl medala Yaponiya, gümüş - Belarus, bürünc medala isə ABŞ cütlükləri sahib olublar. Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib. Azərbaycan təmsilçisi Mixail Malkin tamblinq yarışında gümüş medal qazanıb.