Belarus idmançısı: Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir


Digərləri 17 Fev 2019 15:11:00 253 0

Belarus idmançısı: Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir

Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir.

Bakı. Cani Babayeva - Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramda qızıl medal qazanan Belarus gimnastı Vladislav Qonçarov nəticədən razıdır. V.Qonçarov Trend-ə bildirib: "Məmnunluq hiss edirəm, çünki zəhmətim hədər getmədi. Bakıda keçirilən bu Dünya Kubokuna ciddi hazırlaşmışdım və layiqli çıxış etdim". Gimnast vurğulayıb ki, Bakıda təşkil edilən beynəlxalq yarışlar çox yüksək səviyyədə keçirilir: