Tamaşaçı: Arzu edirəm ki, Mixai Malkin Azərbaycanı Olimpiya Oyunlarındfa təmsil etsin


Digərləri 17 Fev 2019 14:51:13 221 0

Tamaşaçı: Arzu edirəm ki, Mixai Malkin Azərbaycanı Olimpiya Oyunlarındfa təmsil etsin

"Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışlarını izləmək çox xoşdur".

Bakı. Cani Babayeva - "Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışlarını izləmək çox xoşdur". Bunu Trend-ə Milli Gimnastika Arenasında yarışları izləyən Nailə Mailova deyib. O, çox bəyəndiyi Milli Gimnastika Arenasında ilk dəfə yarışlara tamaşa etdiyini bildirib: "Bu gün burada olmaqdan çox şadam, üstəlik, indi final yarışları keçirilir ki, bu da çox maraqlıdır". N.Mailova keçmiş idmançı olduğunu qeyd edib: "Buna görə də Dünya Kuboku diqqətimi cəlb etdi". Tamaşaçı tamblinq yarışında gümüş medal qazanan təmsilçimiz Mixail Malkinə uğurlar diləyib və onun Azərbaycanı Olimpiya Oyunlarında təmsil etməsini arzulayıb.