Yaxın gələcəkdə bu peşələr də tarixə qovuşa bilər


Digərləri 17 Fev 2019 14:10:00 224 0

Yaxın gələcəkdə bu peşələr də tarixə qovuşa bilər

Məlum olduğu kimi, son illərdə dünyada süni intellekt və texnalogiyada çox mühüm irəliləyişlər əldə edilib. Nəticədə insan əməyi ilə həyata keçirilən peşələr sıradan çıxmaq təhlükəsi ilə üz-üzə gəlib. Belə ki, bir çox istehsalat artıq robotlara köçürülüb, süni intellektdən daha çox istifadə edilməyə başlanılıb. Mütəxəsisslər qeyd edir ki, yaxın illərdə işsizlərin sayı tədricən artacaq, bir çox müasir peşələr tarixə qovuşacaq.

Son.az bildirir ki, musavat.com Türkiyə mətbuatına istinadən onlardan bir neçəsini təqdim edib:

1. Mühasibətçilər və analitiklər: Hazırda dünyada mühasibatla yaxından əlaqəli olan hesablamalar və pul əməliyyatları daha çox rəqəmsal texnalogiya tərəfindən həyata keçirilir. Beləliklə mühasiblər və analitiklər yaxın vaxtlarda işsiz qalacaq, çünki bütün hesablamalar, təhlillər kompüter qeydiyyatı, müxtəlif proqramlar vasitəsi ilə aparılır.

Elektron avadanlıqların dərsliklərinin hazırlanmasından yardım kitabçalarını düzəltmək üçün bir çox işi edən texniki yazıçılar sənətə süni intellektdən əl atacaqlar. Proqramlarla birlikdə cihazların bütün texniki məlumatları cihazların özləri tərəfindən yaradılacaqdır.

2. Texniki yazarlar: Elektrik avadanlıqların dərsliklərinin hazırlanmasından, yardım kitabçalarının düzəldilməsində çalışan texniki yazıçılar da işsiz qalacaq. Çünki artıq bu işi süni intellekt vasitəsi ilə həyata keçirməyə başlayıblar.

3. Katibəlik: Direktorların sağ əli olan katibələrin də artıq işsiz qalmaq təhlükəsi yaranıb. Belə ki, bu işi artıq ağıllı katibələr görməyə başlayıb. Göründüyü budur ki, artıq direktorlar menecerlərin görüşlərini tənzimləyən, xatırlatmanı verən, səyahətləri təşkil edən, elektron poçtlara cavab verən ağıllı katibələrə üstünlük verəcək.