Donbasda döyüşən azərbaycanlı əsir düşdü VİDEO


Dünya 17 Fev 2019 14:16:00 255 0

Donbasda döyüşən azərbaycanlı əsir düşdü  VİDEO

Donbas separatçılarının tərəfində döyüşən Elvin Seyidov adlı Azərbaycan vətəndaşı əsir düşüb.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə UA_NATO_USA Tvitter səhifəsi məlumat yayıb.

Seyidov dindirilmə zamanı Donbasda nə üçün döyüşdüyünü açıqlayıb. Azərbaycanlının sözlərinə görə, ona Rusiya pasportu söz veriblər. Çünki o, Rusiyaya tez-tez işləməyə gedib və ona pasportsuz çox çətin idi.

Seyidov bildirib ki, Ukraynaya təkcə pasporta görə deyil, həm də pul qazanmaq üçün yollanıb. Separatçılar ona döyüşlərdə özünü yaxşı göstərəcəyi təqdirdə həftədə 1250 qrivna maaş da vəd veriblər.