Çin batutçusu Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı


Digərləri 17 Fev 2019 13:10:00 209 0

Çin batutçusu Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı

Çin idmançısı Linqlinq Lyu Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramda qızıl medal (57.050 bal) qazanıb.

Bakı. Cani Babayeva - Çin idmançısı Linqlinq Lyu Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramda qızıl medal (57.050 bal) qazanıb. Trend-in məlumatına görə, ikinci yerə Kanada təmsilçisi Rozanna Maklennan (56.245), üçüncü yerə isə yaponiyalı Tisato Doihata (55.800) layiq görülüb. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.