Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı


Kriminal 17 Fev 2019 13:04:00 372 0

Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı

Soyğun faktını araşdıran Ukraynanın Odessa üzrə Milli Polis Baş İdarəsinin əməkdaşları etnik mütəşəkkil cinayətkar dəstənin üç üzvünü ələ keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ələ keçirilən şəxslər azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun adamları olub. 

Məlumata görə, biznesmen Nikolay D.-yə qarşı soyğun ötən ilin dekabrın 13-də baş verib. Latviya nömrəli "Mersedes" avtomobilində biznesmenə yaxınlaşan 4 cinayətkar odlu silahdan ona atəş açıblar və 700 min qriven, həmçinin 23 min dollar ələ keçirərək gizləniblər. 

Zərərçəkən isə budundan aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.


Xəbərə aid fotolar