Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ikinci yarış günü (FOTO)


Digərləri 17 Fev 2019 12:19:22 226 0

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ikinci yarış günü (FOTO)

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ikinci yarış günü başlayıb.

Bakı. Cani Babayeva - Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ikinci yarış günü başlayıb. Trend-in məlumatına görə, bu gün qadın və kişi batutçular arasında fərdi və sinxron proqramlar, həmçinin tamblinq üzrə final mərhələləri keçirilir. Tamblinq cığırında ölkəmizi Maksim Malkin təmsil edir. Ümumilikdə turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.