Qəzəbli Lavrov Britaniyanın müdafiə nazirini “müharibə naziri” adlandırdı


Dünya 17 Fev 2019 11:45:51 236 0

Qəzəbli Lavrov Britaniyanın müdafiə nazirini “müharibə naziri” adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik üzrə Münhen konfransında Böyük Britaniyanın müdafiə naziri Harri Uilyamsonu "müharibə naziri" adlandırıb.

Son.az bildirir ki, musavat.com "Reuters"ə istinadən xəbər verir ki, Rusiyanın baş diplomatı Qərbin Arktikadakı fəaliyyətini gücləndirmək niyyətlərindən narazılığını dilə gətirib.

"Biz bilmək istəyirik ki, NATO-nun Arktikadakı mandatı nədən ibarətdir. Əgər siz Böyük Britaniyanın "müharibə", bağışlayın "müdafiə" naziri Harri Uilyamson kimi adamlara qulaq asırsınızsa, o zaman sizlərdə belə təsəvvür oyanmalıdır ki, NATO-dan savayı heç kimin hər hansı yerdə olmağa ixtiyarı yoxdur", - S.Lavrov qəzəblə bildirib.