ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb


Dünya 17 Fev 2019 10:59:00 221 0

ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb

Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını "geri götürməy"ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.

Son.az report-a istinadən bildirir ki, o, bunu "Twitter" mikrobloqunda yazıb.

"Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir", - Tramp bildirib.