"07" ağaca çırpıldı:


Digərləri 17 Fev 2019 10:27:00 274 0

"07" ağaca çırpıldı:

Tovuz şəhərində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1985-ci il təvəllüdlü sürücü Ruslan İbrahimov və 1976-cı il təvəllüdlü sərnişin Əvəz Sadıqov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göygöldə iki minik maşını toqquşub.