Bakıda mənzillərə qənim kəsilən keçmiş məhkum saxlanıldı


Kriminal 17 Fev 2019 10:18:00 332 0

Bakıda mənzillərə qənim kəsilən keçmiş məhkum saxlanıldı

Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki 2 mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda sübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramin Ələsgərov olduğu müəyyən edilib.