Kanadada neft daşıyan qatar relsdən çıxdı


Dünya 17 Fev 2019 10:09:00 190 0

Kanadada neft daşıyan qatar relsdən çıxdı

Kanadanın Manitoba əyalətində təmizlənməmiş neft daşıyan qatar relsdən çıxıb.

Son.az bildirir ki, Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, "CN" nəqliyyat şirkətinə məxsus olan qatarın 40 vaqonu relsdən çıxıb.

Vinnipeqa şəhərindən 300 kilometr şimal-qərbdə baş verən qəza nəticəsində 37 vaqondan neft axıb və hazırda ərazinin təmizlənməsi işləri aparılır.