Abşeronda evdən meyit tapıldı


Digərləri 17 Fev 2019 09:55:00 205 0

Abşeronda evdən meyit tapıldı

Abşeron rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Aslan Süleymanoğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.