Depozit əmanətlərin sığortalanması müddəti artırılır


Digərləri 17 Fev 2019 09:06:00 216 0

Depozit əmanətlərin sığortalanması müddəti artırılır

Azərbaycanda əhalinin banklara depozit qoymasını stimullaşdırmaq üçün bütün qorunan əmanətlərin sığortalanması müddəti artırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanacaq. Mövcud qanunda isə bu müddət 3 ildir.