İsmayıllıda müəssisədən 75 min manatdan artıq müxtəlif qurğular oğurlanıb


Digərləri 17 Fev 2019 01:47:00 210 0

İsmayıllıda müəssisədən 75 min manatdan artıq müxtəlif qurğular oğurlanıb

İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin birindən fevralın 12-də daxil olmuş müraciətdə ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75 min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı barədə məlumat verilib.

Bakı. İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin birindən fevralın 12-də daxil olmuş müraciətdə ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75 min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı barədə məlumat verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin hadisəni törədən şəxslərin Göyçay rayonunun Qarayazı kənd sakinləri Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov, həmkəndliləri Səfa Abbasov və İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Hüseyn Cəbiyev şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında aparılan araşdırmalarla Ə.Talıbov və S.Abbasovun ötən ilin aprel, may və dekabr aylarında həmin müəssisənin anbarına beş dəfə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 12 min manata yaxın müxtəlif su qurğularını, eləcə də digər metal tərkibli əşyaları oğurladıqları müəyyən edilib.