Gənc tamaşaçı: Dünya Kubokunun yarışlarına baxmaq çox maraqlıdır


Digərləri 16 Fev 2019 23:40:45 209 0

Gənc tamaşaçı: Dünya Kubokunun yarışlarına baxmaq çox maraqlıdır

Azərbaycan gimnastlarına yarışlarda həmişə birinci yer qazanmağı arzu edirəm

Bakı. Cani Babayeva - Azərbaycan gimnastlarına yarışlarda həmişə birinci yer qazanmağı arzu edirəm. Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun gənc tamaşaçısı Duyğu Əlizadə deyib. Batut gimnastikası ilə məşğul olan D.Əlizadə bildirib: "Bu gün mən Milli Gimnastika Arenasına batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edən azərbaycanlı gimnastları dəstəkləməyə gəlmişəm. Yarışlara baxmaq maraqlıdır, gimnastlar yaxşı nəticə göstərəndə çox sevinirlər. Bütün tamaşaçılar yarışlara baxmaqdan böyük həzz alır". Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır. Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.