Bakıda 75 min manata ağac satılır


Digərləri 16 Fev 2019 23:33:00 251 0

Bakıda 75 min manata ağac satılır

Bakıda mərkəzdən kəndlərə doğru getdikdə yol kənarlarında dekorativ ağacların satılmasına yəqin ki, rast gəlibsiniz. Burada yerli bitki sortları ilə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da satılır. Əməkdaşlarımız belə satış mərkəzlərindən birində olub və qiymətlərlə maraqlanıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, buradakı zeytun ağacları İspaniya və İtaliyadan gətirilir.

Satış mərkəzində Aralıq dənizi sahillərindən gətirilmiş palma və digər dekorativ bitkilər də var.

Bəzilərinin yaşları 100 ili keçir, qiymətləri isə 75 min manata qədər gedib çıxır.

Bir sözlə, Bakıda dekorativ bitkilərin satıldığı məntəqələrdə hər növdə və hər qiymətdə ağac və kollara rast gəlmək mümkündür.