“Fəstfud”dan müntəzəm istifadə hansı


Digərləri 16 Fev 2019 23:35:00 220 0

“Fəstfud”dan müntəzəm istifadə hansı

Siz çox güman ki, "fəst-fud"un insan sağlamlığına zərəri barədə eşitmisiniz. Lakin "fəst-fud"dan istifadə məhz hansı problemləri yarada bilir? Gəlin problemləri çeşidləyək.

İkinci tip şəkərli diabet

Son.az gencaile.az-a istinadən bildirir ki, ikinci tip şəkərli diabetin inkişaf riski faktorlarından biri - piylənmədir. Piylənmənin inkişafının əsas səbəblərindən biri isə yanlış qidalanmadır. "Fəst-fud" tez-tez təklif edilən istifadəsi zərərli, qeyri-sağlam qida hesab olunur. Maraqlıdır ki, "fəst-fud" piylənmənin mövcudluğundan asılı olmayaraq, diabetin inkişafı üçün riskdir: Bir çox tədqiqatlara əsasən, yağlı yeməklərdən istifadə, kalorili ərzaqlar orqanizmin insulinə həssaslığını azaldır.

Ürək-damar xəstəlikləri

"Fəst-fud"da böyük ölçülü doymuş və trans yağlar cəmlənib ki, triqlesidlərin və qanda "pis" adlanan xolesterinin səviyyəsini artırır. Bu maddələr damarlara zərər verir, xroniki iltihaba və ürək-damar xəstəliyinə səbəb olur.