Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir


Digərləri 16 Fev 2019 23:38:00 242 0

Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir

Əlilliyin müəyyən olunması meyarlarının dəyişdirilməsi ilə bağlı sənəd artıq hazırdır və yaxın günlərdə müvafiq qurumlara təqdim olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xəzər televiziyasına müsahibəsində bu barədə açıqlama verib. Nazir dəyişikliklərin təfərrüatlarını da açıqlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda əlilliyin təyin olunması yeni meyarlarla aparılacaq. Bu meyarlar qabaqcıl təcrübələrə və beynəlxalq standartlara əsaslanaraq hazırlanıb. Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan sənəd Səhiyyə Nazirliyinə göndərilmişdi. Müvafiq əlavə və təkmilləşdirmədən sonta artıq sənəd hazırdır.

Nazir Sahil Babayev deyir ki, yeni meyarlara əsasən birinci, ikinci və üçüncü qruplara görə əlilliyin təsnifatlandırılması nəzərdə tutulmur. Burada xəstəliklərin insanın özünə qulluğu məhdudlaşdırması faizi əsas götürüləcək. Bu, beynəlxalq təcrübədə mövcud olan daha ədalətli sistemdir.