Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub


Digərləri 16 Fev 2019 23:36:09 182 0

Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub

Azərbaycanın Ukraynadakı səfirliyində Odessa şəhərində 5-ci “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycanın “Как по Маслу” komandasının üzvləri ilə görüş keçirilib.

Bakı. Azərbaycanın Ukraynadakı səfirliyində Odessa şəhərində 5-ci “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycanın “Как по Маслу” komandasının üzvləri ilə görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə bağlı dövlət siyasəti öz uğurlu nəticəsini verməkdədir. Bu gün bütün sahələrdə gənclərimiz bir çox uğurlara imza atır. Səfir qeyd edib ki, hər bir gəncə, xüsusilə yaradıcılıqla məşğul olan gənclərə dəstək verilməlidir: “Azərbaycan bu festivalda ilk dəfə təmsil olunub və uğur qazanıb. İnanıram ki, komandanız Azərbaycanı digər ölkələrdə də uğurla təmsil edəcək”.