Uşaqlarda tənəffüs pozuntusunun


Digərləri 16 Fev 2019 22:50:00 276 0

Uşaqlarda tənəffüs pozuntusunun

Statistikaya görə, uşaqların 8-12%-i müntəzəm olaraq yuxuda xoruldayır. 3-5% uşaqda isə yuxuda apnoe (tənəffüs hərəkətlərinin qısa müddətli dayanması, pozğunluğu) müşahidə olunur. Uşaqlarda yuxuda apnoe sindromu - ciddi problemdir. Bu uşaqların boy artımına, təfəkkürün inkişafına və ürək-damar sisteminə mənfi təsir edə bilər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, aşağıdakı 10 əlamət valideynlərə bu problemlə bağlı faydalı ola bilər:

1. Yuxuda güclü tərləmə. Yuxuda simpatik sinir sistemi həddindən çox fəaliyyət göstərdiyindən, bu hal nəfəs yollarında oksigen çatışmazlığına səbəb ola bilər.

2. Nəfəs alan zaman döş qəfəsi və döş ətinin batması. Yenə də, qüvvətli şəkildə nəfəs almağın nəticəsində bu hal baş verir.

3. Yuxuda olarkən qəribə vəziyyətlər almaq. Boyunu yuxuda həddindən artıq uzatmaq apnoe sindromlu uşaqlar arasında çox yayılıb. Bu onlara nəfəs yollarını açıq saxlamağa kömək edir.

4. Səhərlər baş ağrıları. Yuxu zamanı oksigen çatışmazlığı və yüksək təzyiq nəticəsində əmələ gəlir.

5. Müntəzəm olaraq sidik qaçırma. Bir çox tədqiqatlar göstərir ki, yuxuda müntəzəm olaraq sidik qaçıran uşaqlar arasında yuxuda apnoe daha çox yayılıb. Bu tədqiqatlardan birində, yuxuda apnoedən müalicə alan uşaqların 42%-i gecələr sidik qaçırmadan əziyyət çəkirdi. Müalicədən sonra 66% uşağın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.